Sənətçi 1 milyonluq reklama çəkiləcək

"Coca Cola" şirkəti Ajda Pekkana reklama çəkilmək üçün 2 milyon lirə (təxminən 1 milyon manat) pul təklif edib. Türk mətbuatının  verdiyi xəbərə görə, daha əvvəl firmanın reklamında müğənni Özcan Dənizlə Sıla çəkilmişdilər. Təxminən bir aydır Ajdanı yeni reklamda çəkilməyə razı salmağa çalışan şirkət rəsmiləri nəhayət "hə" cavabını alıblar.

Qeyd edək ki, Özcan Dəniz daha əvvəlki reklamdan 1,5 milyon, Sıla isə 700 min lirə almışdı.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00