Rusiya Hələbə humanitar yardım göndərdi
31 Mart 2016 11:28 DünyaRusiya hərbçiləri müharibə başlandığından bəri ilk dəfə Suriyanın Hələb şəhərinə humanitar yardım göndəriblər. Teleqraf.com bildirir ki, bunu Rusiyanın Suriyadakı xüsusi nümayəndəsi, polkovnik Yuri Volodçenko deyib. Onun sözlərinə görə, 4 tonluq humanitar yardıma qida məhsulları daxildir: "Rusiya dost saydığı Suriya ordusuna köməklik göstərir. Bu gün biz Hələbin işğaldan azad olunmuş ərazilərinə humanitar yardım çatdırdıq. Düşünürük ki, humanitar yardımlar suriyalılara normal həyata dönməyə kömək edəcək". Volodçenko əlavə edib ki, Suriyanın əl-Balatte şəhərinə 700-dən çox ailə geri dönüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00