Polisdən gözlənilməz fənd: qatil belə tutuldu VIDEO

Tailandda polis dünyada bəlkə də ilk dəfə olaraq Qədim Roma qladiatorlarının fəndlərindən birini minilliklər sonra bərpa edib. Milli.Az bildirir ki, paytaxt Banqkokun yaxınlığındakı qəsəbələrdən birində arvadını qətlə yetirmiş 37 yaşlı şəxs əlində böyük bıçaqla küçəyə çıxmışdı. O, çox ciddi təhlükə mənbəyi idi. Qəsəbə meydanında qatili mühasirəyə alan polislər bu aqressiv şəxsi atəş açmadan zərərsizləşdiriblər. Tay polislər Qədim Romadakı "retiarius" adlı qladiatorların fəndindən istifadə ediblər və qatilin üzərinə tor ataraq onu yerə yıxıblar.

Retiariuslar yaba və torla silahlanmış qladiatorlardı.

 

Polisdən gözlənilməz fənd: qatil belə tutuldu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00