İŞİD-in yeni cəlladının kimliyi bilindi
31 Mart 2016 11:22 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının son vaxtlar yaydığı edam videolarında qurbanlarının başlarını kəsən, onları güllələyən şəxsin kim olduğu bilinib. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, həmin şəxs "Buldozer" ləqəbli Əhməd Mustafadır. Əhməd Mustafa əslən Suriyanın Kobani şəhərindən olan kürddür. O, İŞİD sıralarına qoşulandan sonra "Əhməd əl Kurdi" olub. 121 kq çəkisi olan bu şəxs ifrat qəddarlığı və aqressivliyi ilə ad çıxarıb. İndiyədək çəkilən edam videolarında o, həmişə üzündə maska olurdu və kimliyini gizlədirdi. Lakin Rəqqa şəhərində 3 kürd "peşmərgə"nin başının kəsildiyi videoda "Buldozer" maskasız olub.
"Buldozer" uşaqlara da divan tutur. Suriyanın Rəqqa şəhərinin sakini, iki ay əvvəl ailəsi ilə paytaxt Dəməşqə qaçmağı bacarmış 14 yaşlı Ömərin dediyinə görə, "Buldozer" onun gözləri qarşısında 16 və 17 yaşlı iki gəncin əvvəlcə ayaqlarını, sonra qolların kəsib. Bu zavallıların "günah"ı İŞİD-ə qatılmaqdan boyun qaçırmaları idi. Cəllad "Buldozer" Ömərin də iki qolunu biləkdən, sol ayağını isə topuqdan kəsib.