Rusiyada azərbaycanlı "vor"ların yığıncağına basqın

Yekaterinburqda Azərbaycan vətəndaşlarının kriminal yığıncağının qarşısı alınıb. Report  bildirir ki, martın 30-u gecə saatlarında Rusiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (MCMİ) və Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Yekaterinburqdakı Kosmonavtlar prospektində yerləşən kafedə əməliyyat keçiriblər. Əməliyyat nəticəsində kafedə olan 160-dan çox adam saxlanılıb. Saxlanılanların əksəriyyəti Azərbaycan vətəndaşıdır. Onlar yaşadıqları Sverdlovsk vilayətindən, Permdən və Rusiyanın digər şəhərlərindən Yekaterinburqa gəliblər. Saxlanılanların hamısı MCMİ-yə aparılıb. "Xüsusi əməliyyatın həyata keçirildiyi kafeyə baxış zamanı əməliyyatçılar, ilkin məlumatlara görə, saxta olan böyük miqdarda spirtli içki aşkarlamış və müsadirə etmişdir", - deyə Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Valeri Qorelıx bildirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, toplantı Azərbaycan diasporunun maliyyə axınlarına nəzarəti ələ keçirmək istəyən Ağayar adlı avtoritetlərdən birinin doğum günü adı altında keçirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00