Türkiyə HQ Baş Qərargahı dövlət çevrilişi barədə məlumatları təkzib edib
31 Mart 2016 11:00 DünyaTürkiyə HQ Baş Qərargahı hərbçilər tərəfindən hərbi çevriliş hazırlanması barədə bir müddət öncə KİV-lər tərəfindən yayılmış informasiyaları təkzib edib. Trend-in məlumatına görə, bu barədə Baş Qərargahın saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, KİV-lər tərəfindən yayılmış bu informasiya həqiqəti əks etdirmir. Məlumatda əlavə olunub ki, Türkiyə HQ Baş Qərargahı heç vaxt antikonstitusion addım atmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00