Ərdoğan və Kerri arasında qapalı görüş keçirilib
31 Mart 2016 08:15 DünyaTürkiyənin Vaşinqtondakı səfirliyində prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Con Kerri arasında görüş keçirilib.APA-nın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, bağlı qapılar arxasında baş tutan görüş 45 dəqiqəyədək yaxın davam edib.Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland iştirak ediblər.v
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00