Çində “iPhone SE” modelinə 3,4 milyon sifariş qeydə alınıb
30 Mart 2016 19:30 DünyaMartın 24-də 13 ölkədə "iPhone SE" smartfon modelinin öncədən sifarişlərinə start verilib. İKT.lent.az-ın "svopi.ru" saytına istinadən verdiyi məlumata görə, təkcə yalnız Çində 3,4 milyon sifariş qeydə alınıb. Qızılı korpusa malik modelə daha çox maraq göstərilir və bu modeli 1,3 milyon insan əldə etmək istəyir. Populyarlığına görə ikinci yerdə çəhrayı qızılı "iPhone SE" modelidir ki, onu da 1,2 milyon çinli sifariş edib. Bir sıra ölkələrdə yeni modelin satışlarına martın 31-də başlanacaq. Rusiyada isə sifarişlərin qəbuluna martın 30-da start veriləcək. Rusiyada 16 giqabaytlıq modelin qiyməti 37,99 min rubl, 63 giqabaytlıq modelin qiyməti isə 47,99 min rubl təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00