Qeyri-adi toy - Həbsxanada evləndi
30 Mart 2016 15:20 DünyaHəbsxana evlənməyinə mane ola bilmədi. Türkiyədə qeyri-adi toy mərasimi təşkil olunub. Politika.az bildirir ki, Bartında 2011-ci ildə etdiyi ağır cinayətə görə 10 il müddətinə həbs edilən gənc evlənib. Özü də bu evlilik 4 divar arasında deyil, azadlıqda baş tutub. Toya gələn insanlar isə musiqinin dadını çıxararaq, o ki var əyləniblər. Buna səbəb isə məhbusun özünü 5 ildə nümunəvi aparması olub. Evlənmək diləyini rəislərə bildirəndən sonra onlar bu izdivaca mane olmayıblar. 1 həftəlik icazə verildikdən sonra isə bəy uşaqlıqdan sevdiyi yarı üçün əsl toy çaldırıb. İndi hər iki gəncin bir arzusu var - tezliklə bir-birlərinə qovuşmaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00