Amerikalıların 50%-i müsəlmanların ölkəyə buraxılmasını istəmir
30 Mart 2016 14:59 DünyaAmerikanın "Morning Consult" mərkəzinin rəy sorğuları 50% amerikalının Donald Trampın anti-İslam bəyanatlarını, o cümlədən müsəlmanların Amerikaya buraxılmamasını dəstəklədiyini müəyyən edib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkə senatorlarının 49%-i prezidentliyə digər namizəd Ted Kruzun müsəlmanlar yaşayan məhəllələrdə polis patrulunun gücləndirliməsi ilə bağlı təklifini müsbət dəyərləndirib. Sadə amerikalıların 45%-i terrorizmdə şübhəli bilinən şəxslərin sorğu-sual zamanı sərt təzyiqə məruz qalmasını istəyib. Respondentl'rin 76%-i isə terrorizmlə mübarizənin onlar üçün digər məsələlərdən daha önəmli olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00