Dövlət 3 milyon vətəndaşının borcunu siləcək
30 Mart 2016 14:41 DünyaTürkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu əhalinin bəzi təbəqəsinin borclarının silinəcəyini açıqlayıb. Baku.ws bildirir ki, nazir deyib ki, 25 yaşından kiçik olanların tibbi sığortaya görə olan borcları tam silinəcək. Bu qərardan 3,3 milyon vətəndaş yararlanacaq. Müxtəlif qanunlarda dəyişikliyi nəzərdə tutan qanunun layihəsi isə artıq Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. 3 milyon 296 min vətəndaşın borclarının silinməsi üçün 3 milyard 736 milyon türk lirəsi lazım olacaq. Qanun layihəsinin qısa bir vaxtda müzakirəyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00