Timsah rus turisti parçaladı

İndoneziyanın Raca Ampat adasında timsah rus turisti parçalayıb. Milli.Az RTL-ə istinadən bildirir ki, faciə dayvinq həvəskarları arasında populyar olan manqra meşəliyinin yaxınlığında yaşanıb. 34 yaşlı Sergey adlı kişi timsahla mübarizə aparsa da, yırtıcının öhdəsindən gələ bilməyib. Yerli xilasetmə xidmətinin rəhbəri Prasetuo Budiartonun dediyinə görə, onlar hadisə yerinə çatanda sol qolu və sol baldırı qoparılmış cəsəd görüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00