"Boeing" 8 min işçisini işdən çıxarır

ABŞ korporasiyası "Boeing" təxminən 8 min işçisini ixtisara salmaq niyyətindədir. Report  bildirir ki, personalın ixtisarı xərclərin azaldılması üzrə genişmiqyaslı proqram çərçivəsində həyata keçirilir. "Boeing" işçilərin ixtisarından başqa, təchizatçıları çəkilən xərcləri azaltmaq, məhsuldarlığı artırmaq, səfər xərclərini və şirkətin podratçılarının işinə görə xərcləri azaltmaq istəyir. Şirkətdən "The Seattle Times" nəşrinə verilən məlumatda isə ən çoxu 4 min nəfərin ixtisara salınacağı bildirilib. Eyni zamanda, korporasiya 1,6 min nəfərin könüllü şəkildə işindən ayrılacağını qeyd edib. "Boeing Commercial Airplanes" korporasiyasının baş direktoru Reymond Konner xərclərin azaldılması proqramının səbəbini belə izah edib: "Xərcləri azaltmaqla təyyarələrimizin xidmətindən istifadə haqqını azaltmaq istəyirik. Bu addımlar "Airbus" ilə uğurla rəqabət aparmaq üçündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00