Təyyarəni qaçıran misirli 8 sutkalıq həbs olunub
30 Mart 2016 13:59 DünyaDünən А320 təyyarəsini qaçıran misirli Seyf əd-Din Mustafa 8 sutkalıq həbs edilib. Bu barədə Trend Kiprin ΚΥΠΕ xəbərlər agentliyinə istinadən bildirir. Bu haqda qərarı Larnakanın dairəvi məhkəməsi qəbul edib. Seyf əd-Din Mustafa piratlıq, partlayıcı maddələrin qanunsuz saxlanılması, insanların qaçırdılması, terrorizm və digər maddələrlə ittiham olunur. Xatırladaq ki, ötən gün misirli EgyptAir aviaşirkətinin İskəndəriyyə-Qahirə marşrutu üzrə hərəkət edən A-320 təyyarəsini qaçırıb. Seyf əd-Din Mustafa komandiri və sərnişinləri onun tələbləri yerinə yetirilməyəcəyi halda təyyarəni partlatmaqla hədələyib. Təyyarənin göyərtəsində 55 sərnişin olub, o cümlədən 8 Böyük Britaniya, 10 ABŞ vətəndaşı. Əvvəl təyyarəni qaçıran Kiprdə siyasi sığınacaq istəyib, sonra Misirdəki həbsxanalarda olan məhbusların azad edilməsini tələb edib. Daha sonra isə o Kiprdə yaşayan kecmiş həyat yoldaşına məktub göndərib və təyyarənin Türkiyəyə uçmağını tələb edib. Bir müddətdən sonra o sərnişinləri azad edib və təhlükəsizlik qüvvələrinə təslim olub.