Milyardları belə yayındırırlar
30 Mart 2016 13:49 Dünya"Hərbi fotoqraf kimi Əfqanıstan və İraqda işləmişəm. Beş il İranda çalışmışam. Afrikanın ən yoxsul, ən təhlükəli ölkələrində olmuşam. Amma indiyədək belə əziyyət çəkməmişdim". Məşhur fotoqraf Paolo Vuds belə deyir. Milli.Az bildirir ki, o, həmkarı Qabriele Qaliberti ilə birlikdə uzunmüddətli araşdırma aparıb, "vergi cənnət"i sayılan Sinqapur, Lüksemburq və Kayman adalarında milyardlarını, milyonlarını vergilərdən yayındıran iş adamlarının reallaşdırdıqları sxemləri çözməyə çalışıb. Araşdırmanın nəticələri "The Heavens" adlı kitabda toplanıb. Dünyanın 13 fərqli məkanında 2 il davam etmiş araşdırmada ABŞ-ın Delaver ştatındakı durum da nəzərdən keçirilib. Bəlli olub ki, "vergi cənnəti" adlandırılan məkanlara üz tutanlar arasında Apple, Bank of America, Coca-Cola, General Electric, Google, Wal-Mart kimi nəhəng korporasiyalar da var.