Ərəb aviaşirkətində ölüm: qadın limanda keçindi

LifeNews  bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" aviaşirkətinin sərnişini vəfat edib. Əbu-Dabidən Çikaqoya uçan təyyarə Moskvanın Domodedovo limanında təcili eniş etmişdi. Enişin səbəbi sərnişin qadının özünü qəflətən pis hiss etməsi olub. Təyyarə yerə enəndə çox ağır vəziyyətdə olan qadını həkimlər ölümün cəngindən ala bilməyiblər. Kəskin ürək-damar çatışmazlığı sərnişin qadının ölümünə səbəb olub. Təyyarə 20 dəqiqə sonra səmaya qalxaraq reys üzrə hərəkətini davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00