Dövlət bayraqlarını dəyişməkdən imtina etdilər
30 Mart 2016 13:35 DünyaYeni Zelandiya vətəndaşları dövlət bayrağını dəyişməməyə və mövcud formanı saxlamağa qərar veriblər. Report bildirir ki, bu, adıçəkilən ölkədə keçirilən referendumun yekun nəticələrinin açıqlanmasından sonra məlum olub. Ölkənin Seçki Komissiyasının məlumatına görə, seçicilərin 56,6%-i (1 208 702 nəfər) mövcud bayrağın saxlanılmasının lehinə səs verib. Seçicilərin 43,2%-i (921 876 nəfər) isə alternativ variantı - gümüşü ayıdöşəyi (qıjı) yarpağının iki hissəyə böldüyü, dörd qırmızı ulduzlu qara-göy bayrağı dəstəkləyib. Referendumun açıqlanan yekun nəticələri praktiki olaraq, martın 24-də açıqlanmış ilkin nəticələrlə üst-üstə düşüb. Referendum martın 3-dən 24-dək elektron poçt vasitəsilə keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00