Batmanda uğurlu antiterror əməliyyatı

Batmanda Türkiyə hüquq mühafizə orqanları uğurlu əməliyyat keçiriblər. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, əməliyyat nəticəsində Hisar və Karalan kəndlərində PKK terror təşkilatına üzv olmaq və terror aksiyalarında iştirak etmək şübhəsi ilə 7 nəfər saxlanıb. Çoxlu sayda silah-sursat ələ keçirilib. Bomba və partlayıcı qurğu hazırlanmasında istifadə edilən parçalar aşkarlanaraq götürülüb. İki şübhəli şəxsin axtarışa verildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00