Polis gənc qadını güllələdi VIDEO

ABŞ-ın Arizona ştatının Uinslo şəhərində polis 27 yaşlı qadını onu qayçı ilə hədələdiyinə görə güllələyib. Azvision.az bildirir ki, hadisə belə olub: polis oğurluq şikayətilə bağlı mağazaya çağırılıb. Orada şübhəli şəxsi - gənc qadın Loreal Tsingini həbs etmək istəyəndə qadın əlinə qayçı götürərək, polisi yaxına buraxmayacağını deyib. Bundan sonra polis qadına 5 güllə vurub. Lorealı güllələyən polisin 3 ildir ki, xidmətdə olduğu bildirilir. Hazırda şəhərin polis departamenti hadisəni araşdırdığını bəyan edib. 

ABŞ polisi gənc qadını güllələdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00