Şok kadrlar: İŞİD yeni edam videosu yaydı VIDEO
30 Mart 2016 11:18 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı daha bir edam videosu yayıb. Videokadrların Suriyanın şimalında çəkildiyi görünür. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, videoda İŞİD-in "cəllad"larından biri əsir alınmış 3 kürd "peşmərgə"nin başını kəsir. Suriyanın şimalındakı Haseka vilayətində, İŞİD-in faktiki paytaxtı Rəqqa şəhərinin yaxınlığında gerçəkləşdirilmiş bu edam səhnələrində İŞİD kürdlərə "son xəbərdarlıq" etdiyini də bəyan edib. İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri olan "peşmərgə"lər Suriyada da İŞİD-ə qarşı vuruşurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00