Məhkəmələri 8 ildir davam edir
30 Mart 2016 11:17 DünyaTürkiyəli aktyor Halit Ergenç və aktrisa Bergüzar Korel 2008-ci ildə reklam firmasını məhkəməyə veriblər. Türkiyə mətbuatı xəbər verir ki, onların reklam şirkətini məhkəməyə verməkdə səbəbi şəkillərindən icazəsiz istifadə olunması olub. 2008-ci ildə başlanan məhkəmə prosesi hələ də davam edir. Əgər məhkəmənin qərarı ikilinin lehinə olsa, onlar 1 milyon lirə ( təxminən 553780.49 manat ) təzminat alacaqlar.
Qeyd edək ki, onlar 2008-ci ildə sadəcə tərəf-müqabili olsalar da, hal-hazırda ailəlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00