Türkiyədə polislərə bomba atan terrorçu vuruldu

Türkiyədə məhkəmə binasının yaxınlığında polislərin toplaşdığı məntəqəyə partlayıcı atan terrorçu öldürülüb. Lent.az  bildirir ki, hadisə bu gün Tuncelidə baş verib. Hələlik şəxsiyyəti məlum olmayan terrorçu əvvəlcə polislərin cəmləşdiyi yerə bomba atıb və daha sonra avtomatla atəş açmağa başlayıb. Polislər atəş açaraq terrorçunu zərərsizləşdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00