Rusiyada qırıcı yerə düşdü VIDEO

Rusiyanın Primorye vilayətində, Çerniqovka kəndinin yaxınlığında yerə düşərək alovlanan və partlayan Su-25 qırıcı təyyarəsinin pilotu hazırda xəstəxanadadır. Qəza dünən baş verib.  RİA Novosti-i bildirir ki, Rusiya Hava-Kosmik Qüvvələrinin rəsmi açıqlamasında verilən məlumata görə, pilot təyyarəni yaşayış binalarından kənara, meşənin yaxınlığındakı talaya çatdırmaq üçün əlindən gələni edib. Çerniqovka kənd sovetinin sədri Vladimir Vovk da qəza nəticəsində kimsəyə zərər dəymədiyini təsdiqləyib. Rusiyanın Şərq Hərbi Dairəsinin komandanlığı olayın araşdırıldığını bəyan edib. Pilotun müalicə olunduğu hospitaldan heç bir açıqlama verilməyib. İlkin məlumatlara görə, Su-25 qırıcısının qızaya uğramasının səbəbi pis hava şəraiti ilə yanaşı, texniki nasazlıq olub.

 

Rusiyada qırıcı yerə düşdü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00