Etihad Airways-in təyyarəsi qəflətən endi

Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" aviaşirkətinin sərnişin təyyarələrindən birində problem yaranıb. Milli.Az AviaOnline-a istinadən bildirir ki, Əbu-Dabidən Çikaqoya uçan təyyarə Moskvadakı Domodedovo hava limanına təcili eniş edib. Səbəb təyyarə səmada olarkən sərnişinlərdən birinin özünü qəflətən pis hiss etməsi olub. Təyyarənin komandiri də layneri Moskvaya endirməyə qərar verib. Kəskin ağrılar hiss etdiyini deyən sərnişinə Domodedovo hava limanında təcili tibbi yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00