ABŞ: "Rusiya fürsəti qaçırdı"

Vaşinqtondakı nüvə sammitində iştirak etməməklə Rusiya özü-özünü təcrid etdi. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rods söyləyib. Onun sözlərinə görə, Rusiya bu sammitdə iştirak etməməklə əlinə düşən imkanı qaçırmış oldu.

Qeyd edək ki, Vaşinqton Nüvə təhlükəsizliyi sammiti martın 30-dan aprelin 2-nə qədər keçiriləcək. Rusiya bu sammitdə iştirak etməyəcək. Sammitə dəvət alan liderlər sırasında Azərbaycan prezidenti İlham Əliyev də var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00