Ağ Ev Ərdoğanla Obamanın görüşəcəyini təsdiqlədi
30 Mart 2016 06:33 DünyaAğ Ev nüvə təhlükəsizliyi sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qeyr-rəsmi görüşün olacağını gözləyir.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ prezidentinin mətbuat katibi Djoş Ernest deyib.
O, ikitərəfli görüşün olmayacağı və bununla guya ABŞ-ın Türkiyəyə sayğısızlıq nümayiş etdirmək istəməsi barədə xəbərləri qətiyyətlə təkzib edib.
Məlumatda o da bildirilir ki, cümə axşamı günü Türkiyə liderinin ABŞ-ın vitse-prezidenti Co Baydenlə rəsmi görüşü də nəzərdə tutulub.
* * *14:24
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri çərçivəsində prezident Barak Obama ilə görüşəcəyini açıqlayıb.
Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, bu barədə prezident Ərdoğan Amerika səfərindən əvvəl hava limanında təşkil etdiyi mətbuat konfransında məlumat verib.
Ərdoğan görüşlə bağlı deyib: "Orada bir çox liderlə görüşəcəyik. Obama ilə də görüş hazırlanıb. Bu səfər yalnız Obamanın ikitərəfli görüşü üçün dəvət deyil. Bu zirvə görüşü üçün bir dəvətdir. 50-dən çox lider orada iştirak edəcək. Orada iştirak edəcək liderlərin ciddi bir qışımı ilə ikitərəfli danışıqlar olacaq. Biz də Obama ilə ikitərəfli görüş keçirəcəyik".
Xatırladaq ki, bundan əvvəl Obamanın sammit çərçivəsində Ərdoğanla görüşdən imtina etməsi barədə xəbər yayılmışdı.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə bildirmişdi ki, "səfər zamanı iki ölkə prezidentinin görüşünə ehtiyac yoxdur".