Təyyarə qəzalarının artmasının səbəbi nədir?
Günümüzdə sərnişin təyyarələri terrorçuların əsas silahına çevrilib
29 Mart 2016 17:24 DünyaSon vaxtlar terror aksiyaları kimi təyyarə qəzalarının da sayında artım qeydə alınmaqdadır. Dünyanın müxtəlif bölgələrində baş verən təyyarə qəzaları əksər hallarda çoxsaylı insan tələfatı ilə nəticələnir. Əksər hallarda terror təşkilatları məhz təyyarəni ələ keçirməklə kütləvi şəkildə insan canına qon qoyurlar. Bu səbədən təyyarələr terrorçu təşkilatların hətta bir nömrəli silahı hesab olunur. 2001-ci ilin sentyabrında Birtəşmiş Ştatlarda "Əl-Kaida" terror təşkilatının məhz sərnişin təyyarələrindən istifadə etməklə həyata keçirdiyi kütləvi terror aksiyasının fonunda bunu görmək mümkündür. Bu səbəbdən təyyarə qəzalarından az itgi ilə çıxmaq mümkün olmur. Bir müddət əvvəl Rusiyanın Rostov-Don vilayətinin aeroportunda qəzaya uğramış "FlyDubai" aviaşirkətinə məxsus "Boeing 737-800" sərnişin təyyarəsinin 61 sərnişini və heyət üzvü həlak oldu. Bundan bir qədər əvvəl isə Misir və Ukrayna səmalarında anoloji qəzalar baş verdi. Təsadüfi deyil ki, hər iki qəzaya məhz hansısa terror təşkilatının həyata keçirdiyi aksiyanın səbəb olduğu daha çox səslənən ehtimallar arasında yer alırdı. Ötən gün isə baş verən daha bir olay sərnişin təyyarələrin terrorçular üçün hədəf seçildiyi ehtimallarını bir daha təsdiqləmiş oldu. Xəbərlərdən də məlum olduğu kimi Egypt Air aviaşirkətinə məxsus, İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi qaçırılıb. 55 sərnişin və 6 heyəti üzvünün olduğu A-320 sərnişin təyyarəsi Kiprin Larnaka aeroportunda eniş edib. А320 təyyarəsini qaçıran şəxs Kipr təhlükəsizlikl qüvvələri tərəfindən saxlanılıb. Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun vaxtı ilə Misirin ordu komandirlərindən biri olduğu məlumat verilir. Düzdür, son təyyarə olayı itgisiz ötüşsə də, lakin bu kimi hadisələrin ərəb ölkələri, eləcə də Avrasiya regionu, keçmiş postsovet məkanında daha tez-tez təkrarlanması bəzi maraqlı məqamların ortaya çıxmasına səbəb olur. Cərəyan edən proseslərdən gəlinən nəticə ondan ibarətdir ki, adları qeyd olunan coğrafiyalarda təyyarə ilə hərəkət etmək təhlükəsizliyi maksimum dərəcədə təmin olunmayıb. İstər hava limanları, istər yoxlama buraxılış məntəqələrində hökm sürən diqqətsizlik nəticə etibarilə onlarla, bəzən yüzlərlə insanın həyatı bahasına başa gəlir. Xüsusilə, bu cür neqativ hallara son illər ərəb ölkələrində daha çox rast gəlinir.
Statistik göstəricilər də onu deməyə əsas verir ki, ən təhlükəsiz uçuşlar Şimali Amerika və Avropadadır. Ərəb ölkələrində təhlükəsizlik məsələlərinə o qədər də diqqət yetirilmir. Həmçinin bu regionlarda istifadə edilən təyyarələr o qədər də müasirləşdirilməyib. Belə ki, 2012-ci ildə ölüm halları ilə nəticələnən təyyarə qəzalarının 88 faizi Afrika (45%) və Asiyada (43%) qeydə alınıb. Bu da istifadə edilən təyyarələrin köhnəliyi ilə bağlıdır. Hazırda ikinci nəsil (1967-1974-ci illər) təyyarələr ən çox Afrikada istifadə olunur. Birləşmiş Ştatlar və Avropada isə təyyarələr, eləcə də təhlükəsizlik tədbirləri müasir dövrün tələblərinə uyğunlaşdırılır. Təyyarə qəzalarının 70 faizi əsasən insan amilinə görə baş verir. Bu sırada pilotun yorğunluğu və canlı bombalar tərəfindən törədilən terror aksiyaları ön sırada yer alır. Son 10 illik dörün analizi göstərir ki, təyyarə qəzalarının böyük hissəsi (57%) təyyarənin aşağı enməsi və oturması zamanı baş verir. Bu da təyyarə ekipajının səriştəsizliyindən irəli gələn məsələdir. Təyyarə yerə enərkən və ya havaya qalxarkən pilotun hərəkət trayektoriyasını düzgün müəyyən edə bilməməsi sonda ağır qəzalarla nəticələnir. Statistik göstəricilırə nəzər yetirdikdə aydın olur ki, belə hadisələrin 24 faizi isə təyyarə hündürlük yığanda baş verir. Nəticədə hadisələrin cəmi 9 faizi uçuş zamanı baş verir.
Təyyarə qəzalarının digər səbəbi başqa obyektlərlə toqquşmaqdır. Belə hallar sığorta hadisələrinin səbəbləri sırasında 5-ci yeri tutur. Təyyarələr ən çox quşlarla toqquşur, amma uçuş-enmə zolağında heyvanlarla (zebralar, inəklər və s) toqquşma hallarına da rast gəlinir.
Kamal