Tarixin ən cazibədar qadını seçildi

Bütün zamanların ən seksual qadını seçilib. Anspress  bildirir ki, dünyada məşhur olan qadın alt geyimləri brendi "Victoria's Secret" bu nominasiyada qalibi seçib. Bütün zamanların əsas gözəlçəsi adını qazanan isə bir neçə gün öncə Azərbaycanın şimal qonşusu olan Rusiyada milyarderin övladının toyunda bütün diqqətləri özünə çəkməyi bacaran Cennifer Lopez olub. Onu Kerri Vaşinqton və Demi Lovato izləyir. K.Vaşinqton ən seksual kinoaktrisa, Lovato isə müğənni seçilib.

Maraqlısı odur ki, seksuallıq kriteriyası ancaq qadınlara yox, həm yaşayış məskənləri, həm də heyvanlara aid edilib. Belə ki, Paris və Neşvill ən seksual şəhərlər, Fransız buldoqu Pippi isə "ən seksual" heyvan seçilib. Bu it müğənni Con Lecendə məxsusdur. "Victoria's Secret" 1995-ci ildə ABŞ-da Ohayo ştatında yaradılıb. Hər il şirkət "mələkləri"nin iştirakı ilə möhtəşən dəfilələr təşkil edir. "Mələklər" sırasında dünya şöhrətli modellər də var. Dünya şöhrətli aktrisa və müğənni Cennifer Lopez Moskvada azərbaycanlı modelyer Aysel Trudelin "AİZEL" butikinə baş çəkərək özünə geyim alıb. Ulduz aldığı geyimlərə təxminən 2,5 milyon rubl (36 min dollar) xərcləyib. CeyLo Beyonse, Enrike İqlesias, Elton Con, Stinq və Patrisia Kaasla birlikdə rusiyalı milyarder Mixail Qutseriyevin ikinci oğlu Səidin toyunda çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00