Düyü bişirən “ağıllı” cihaz hazırlandı

Çinin "Xiaomi" şirkəti düyü bişirilməsi üçün nəzərdə tutulan "ağıllı" ev aləti istehsal etməyə hazırlaşır. İKT.lent.az-ın "techcrunch.com"a istinadən verdiyi məlumata görə, şirkət bundan öncə hava təmizləyici, su təmizləyici və qan təzyiqi monitoru istehsal edib. Ancaq Çin sakinləri məhz düyü bişirən qurğunu maraqla gözləyirdilər. Çünki bu cihaz hər bir çinlinin həyatının ayrılmaz bir hissəsinə çevrilə bilər. Bu gün, martın 29-da Pekində təqdim ediləcək "ağıllı" düyü bişirən cihaz smartfona qoşula və istifadəçinin hazırlamaq istədiyi düyü növünü bişirməyə adaptasiya ola bilir. "Hazırda qurğu 200-dən çox düyü növünü dəstəkləyir. Gələcəkdə bu siyahı daha da artacaq", - deyə şirkət nümayəndələri bildiriblər. Düyüdən əlavə, qurğuda tort və digər ərzaqlar hazırlamaq mümkün olacaq. Cihazın qiymətinin 150 dollara yaxın olacağı ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00