ABŞ Orta Şərqi silahlandırır – 30 milyardlıq anlaşma

Dünyanın ən böyük müdafiə sənayesinə sahib olan ABŞ son bir ildə Orta Şərq ölkələrinə təxminən 30 milyard dollarlıq silah və hərbi sursat satıb. Publika.az  bildirir ki, satışların əhəmiyyətli hissəsi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri, Bəhreyn, Umman, Qətər və Küveytin meydana gətirdiyi Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə aparılıb. Təkcə Səudiyyə Ərəbistanı 21 milyard dollardan çox silah-sursat alıb. Birləşmiş Ərəb Əmirlikləri 1 milyard dollar səviyyəsində silah əldə edib. Körfəz Əməkdaşlıq Şurası ölkələrindən başqa İraq, İsrail və Livan da ABŞ-dan əhəmiyyətli səviyyədə silah və müdafiə təchizatı idxal edib. İraq hesabat dövründə ABŞ-dan 2,1 milyard dollarlıq silah-sursat alıb. Həmin silah-sursata F-16-dan mərmilərə qədər bir çox çeşid daxildir. Bu arada, ABŞ Xarici İşlər Nazirliyi 2015-ci ildə İsrailə 1 milyard 900 milyon dollara yaxın hücum sursatı satıldığını təsdiqləyib. Livan isə ABŞ-dan bir il içində təxminən 853 milyon dollarlıq hərbi avadanlıq alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00