Süni intellektin yazdığı roman qalib gəldi

Yaponiyanın Hakodate bölgəsində yerləşən Gələcəyin Universitetinin (Future Universiteti) elm adamlarının  ərsəyə gətirdikləri süni intellekt proqramı roman yazıb. Publika.az xəbər verir ki, robotun yazdığı roman yapon yazıçısı Siniçi Hoşinin şərəfinə keçirilən bədii əsərlər müsabiqəsində ikinci olub. Müsabiqədə 1450 roman yarışıb. Alimlər bildiriblər ki, süni intellekt insanın verdiyi tapşırıqdan çıxaraq yaradıcılıqla məşğul ola bilməz. Robotun hansı mövzuda yazacağını və hansı sözlərdən istifadə edəcəyini universitetin tədqiqat qrupu müəyyənləşdirib. Lakin proqram tərtibatçıları gələcəkdə süni intellektin həqiqi yaradıcı potensiala malik olacağını düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00