36 yaşlı Murad Boz evlənir

Müğənni Murad Boz 3 aydır birlikdə olduğu aktrisa Aslı Enverlə evlənməyə hazırlaşır. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birlikdə rol aldıqları "Kardeşim benim" filminin çəkiliş meydançasında yaxından tanış olan cütlük münasibətlərini rəsmiləşdirməyə qərar verib. Cütlüyə yaxın mənbənin sözlərinə görə, 36 yaşlı ifaçı ilə 31 yaşlı aktrisa bir-birinin ailələri ilə artıq tanış olublar. İfaçı Aslı ilə çox yaxşı yola getdiyini, buna görə də münasibətlərinin ciddi olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00