60 yaşlı aktrisa üçüncü dəfə ailə qurdu

60 yaşlı aktrisa Ayşe Kökçü üçüncü dəfə ərə gedib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 71 yaşlı aktyor Gökhan Mete ilə ailə quran aktrisanı əvvəlki evliliklərdən olan uşaqları Başar və Billur Sarıkaya tək qoymayıb. Metenin evində baş tutan nikah mərasimində Ayşe bunları deyib: "12 ildir bir yerdəyik. 21 mayda, doğum günümdə evlilik təklif etdi. Hazırlıqları bitirdik, Teatr Günündə evlənməyə qərar verdik. İkimiz də bu sənətə çox əmək verdik. Əvvəlki həyat yoldaşlarım da teatr işçiləri idi".





 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00