Beren Saatın gizlətdiyi sirr ortaya çıxdı
29 Mart 2016 21:09 DünyaMüğənni Kənan Doğulu ilə 2014-cü ildə ailə quran aktrisa Beren Saatın süni mayalanma (elmi adı "İn Vitro") etdiyi ortaya çıxıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatıan görə, keçən il hamilə olduğu haqda xəbərləri təkzib edən Berenin daha sonra süni mayalanma üçün müalicəyə başladığı yazılmışdı.
Bugünlərdə isə media aktrisanın xəstəxana qeydiyyat sənədlərini ortaya çıxarıb. "Beren Saat Doğulu" adıyla qeydiyyatdan keçən sənətçi 2015-ci ilin fevralın 23-də müalicəyə başlayıb, fevralın 26-da isə müayinə üçün yenidən xəstəxanaya gedib. İlk mərhələdə uğursuz olan aktrisa "Kösəm Sultan" serialının başlaması ilə ana olmağı təxirə salıb. Serialı çəkən şirkətdən "Sənin hamilə qalmağın işimizi çətinləşdirər" xəbərdarlığından sonra Beren həyat yoldaşı Kənanla məsləhətləşərək müalicəni finaldan sonraya saxlayıb.
