Ankaradakı terror aktında ölənlərin sayı 36-ya çatdı
22 Mart 2016 09:19 DünyaAnkarada martın 13-də törədilmiş terror aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında Kızılay meydanında törədilən partlayışda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydının müalicə olunduğu Ankara Təhsil və Araşdırma Xəstəxanasında martın 21-də dünyasını dəyişdiyi bildirilir.Beləliklə, terror aktının qurbanlarının sayı 36-ya çatıb.Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00