Bu gün Rusiyanın Rostov vilayətində matəm elan olunub.

Boeing 737 - 800 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 62 nəfərin həlak olması ilə bağlı Rusiyanın dövlət bayrağı, rayon və bələdiyyə bayraqları endiriləcək. Rostovun beynəlxalq hava limanında aviaqəza qurbanlarının anım mərasimi baş tutacaq. Anım mərasimində Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov və Rostov əyalətinin qubernatoru Vasili Qolubevin iştirakı gözlənilir. Eyni zamanda regionun televiziya və radio kanallarına əyləncəli verilişlərin proqramdan çıxarılması tövsiyyə edilib."FlyDubai" şirkəti qəza zamanı həyatını itirinlərin ailəsinə 20 000 ABŞ dolları ödəyəcək.Martın 19-u Moskva vaxtı ilə saat 3:42-də Rostov-na-Donu hava limanında əlverişsiz hava şəraitində eniş etmək istəyən "FlyDubai" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. FZ 981 reysi Dubaydan Rostov-na-Donuya uçub. Təyyarənin göyərtəsində olan 62 nəfər həlak olub.Hadisə yerində 100 meyit qalığı aşkar olunub və ekspertizaya göndərilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin rəisi İqor Oderin sözlərinə görə meyitlərin tanınma prosesi 2 ay çəkə bilər.Qəzanın səbəbləri ilə bağlı araşdırma ilə Rusiya İstintaq komitəsi və Dövlətlərarası aviasiya komitəsi məşqul olur.Qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin qara qutuları ötən gün axşam saatlarında Moskvaya göndərilib. Rusiya Nəqliyyat naziri Maksim Sokolovun sözlərinə görə, həlak olanların ailələrinə regional büdcədən 1 milyon rubl (23 500 AZN - red.) kompensasiya ödəniləcək. FlyDubai şirkəti isə qəza zamanı həyatını itirinlərin ailəsinə əlavə olaraq 20 000 ABŞ dolları ödəməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00