İstanbuldakı terrorda zərər çəkənlərin 28 nəfəri əcnəbidir
20 Mart 2016 10:24 DünyaXəbər verdiyimiz kimi, martın 19-da səhər saatları İstanbulun Taksim meydanında qanlı terror aktı törədilib. Terror zamanı yaralanıb xəstəxanalara yerləşdirilənlərə baş çəkən İstanbul valisi Vasip Şahin ən son vəziyyət barədə məlumat verib. O bildirib ki, partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Ölənlərdən 3-ü İsrail, biri İran vətəndaşıdır. Onların şəxsiyyəti müəyyənləşdirilib. Xəstəxanalara yerləşdirilmiş 39 yaralıdan doqquzu buraxılıb. Qalan 30 yaralıdan yeddisinin vəziyyəti ağırdır. Yaralıların 24-ü əcnəbidir. İlkin ehtimala görə, terror məqsədli şəkildə xarici vətəndaşların sıx olduğu ərazidə həyata keçirilib.Hələlik bu terrora görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. İstintaq davam edir.