Braziliyada təyyarə qəzasında 7 nəfər həlak olub
20 Mart 2016 09:10 DünyaBraziliyada təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub.Ölkənin cənub-şərqindəki San-Paulu şəhərində kiçik motorlu təyyarə üçmərtəbəli evin qarajına çırpılıb. Qəzanın pilotun idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.İlkin məlumata görə, təyyarə Braziliyanın tanınmış iş adamı Rocer Aqnelliyə məxsus olub. Təyyarədə iş adamı, onun arvadı, oğlu və qızı həyat yoldaşları ilə birgə olublar. Onların hamısı və pilot qəza nəticəsində həyatlarını itiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00