Partlayan reysə gecikən azərbaycanlı

Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzası zaman Azərbaycanlı qadın möcüzə nəticəsində sağ qalıb. ANS PRESS-in məlumatına görə, Elvira İsayeva ölüm reysinə Dubaydan Rostov-na-Dona uçan "FlyDubai" aviaşirkətinin "Boeing-737-800" təyyarəsinə gecikdiyindən salamat qalıb.

Onun həyatını zəngli saat xilas edib.
Qadın həmçinin başıbəlalı reysin yeganə sağ qalmış sərnişini sayılır. Elvira İsayeva bütün baş verənlərə baxmayaraq "FlyDubai" aviaşirkətinin təyyarəsiylə evə qayıtmağı planlaşdırır.

""FlyDubai" həftədə bir dəfə Rostova uçur. Mən bir həftə havanın düzəlməsini gözləyəcəyəm və uçacağam. Hərçənd, mən artıq qatarda həmçinin piyada getməyə hazıram. Dəhşətlidir, əlbəttə, amma mən əvvəllərdə "FlyDubai" haqqında pis heç nə eşitməmişəm. Onlar həmişə yaxşı uçurdular və mən özüm artıq dəfələrlə ondan istifadə etmişəm",- deyə reysin yeganə sağ qalan sərnişini bildirib.


Xatırladaq ki, Elvira İsayeva aviaqəza nəticəsində 61 nəfərin həlak olduğu "FlyDubai" aviaşirkətinin FZ981-nömrəli reysinin tək sağ qalmış sərnişini olub.

İsayeva ölümdən necə qaçmağı bacardığını danışıb. Məlum olub ki, onun həyatını zəngli saat xilas edib. Xoşbəxt təsadüfdən saat zəng çalmayıb və Rostov sakini təyyarəyə gecikib.

Qəza bu gecə Rusiya vaxtı ilə saat 04 radələrində qeydə alınıb. Hadisə vaxtı təyyarədə 62 nəfər olub. Onlardan 55-i sərnişin, o cümlədən 4-ü uşaq, 7-si isə heyət üzvləri olub. Onların arasında Azov rayon administrasiyasının rəhbərinin keçmiş həyat yoldaşı və qızı da olub. Onlar Dubaydan istirahətdən qayıdırmışlar.

Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə  ANS PRESS-in Moskva bürosuna  Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəza bütün sərnişinlərin və uçuş heyətinin ölümü ilə nəticələnib. Hadisə  Dubaydan uçan "Boeing-737-800" tipli sərnişin təyyarəsi Rostov-na-Donu şəhər aeroportuna enərkən baş verib.  Qəzaya səbəb kimi pis hava şəraitinə görə təyyarənin eniş zolağından kənara düşməsi göstərilir. Belə ki, ilk cəhddə təyyarəni endirə bilməyən pilotlar ikinci dövrə vurmaq istəyiblər. Lakin bu zaman təyyarənin quyruq hissəsi yerə çırpılıb. Rostov vilayətinin qubernatoru Vasili Qolubayevin sözlərinə görə, hələlik qəzaya səbəb kimi başqa versiyalara baxılmır.

"Fly Dubai" aviaşirkətinə aid təyyarədə olan bütün sərnişinlərin rus, heyət üzvlərinin isə əcnəbilər olduğu bildirilir. Ölənlər arasında Rusiya, Ukrayna, Qazaxıstan və Hindistan vətəndaşları olub. Hava limanına qəzada ölənlərin yüzlərlə qohumu toplaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00