İstanbulda partlayış: ölən və yaralananlar var

Türkiyə mətbuatı  xəbər verir ki, İstanbulda baş verən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Məlumatı İstanbul vadisi yayıb.

Yaralananların sayının isə 20 nəfər olduğu bildirilir.    

---------

13:41

DHA bildirir ki, İstanbulun mərkəzindəki İstiklal Caddesindəki partlayışın "canlı bomba" tərəfindən törədildiyi güman olunur. O, Caddeyə Qalatasaray Meydanı tərəfdən daxil olub.

Hazırda İstiklal Caddesinə Qalatasaray və Taksim meydanlarından giriş bağlanıb.

---------

13:30

Türkiyə mətbuatı xəbər verir ki, ilkin məlumata əsasən, İstanbuldakı terror aktı zamanı 2 nəfər ölüb. Onlardan birinin "canlı bomba" olduğu vurğulanır. Partlayış zamanı 7 nəfərin yaralandığı deyilir.

----------

13:21

"sputniknews" xəbər verir ki, İstanbulda İstiqlal küçəsindəki alış-veriş mərkəzlərindən birinin qarşısında partlayış olub.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. İlkin məlumata görə, yaralılar var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00