Rostov qəzasının tədqiqatına 3 dövlət qoşuldu

Rostov-Don qəzasının tədqiqatına Birləşmiş Ərəb Əmirliyi, ABŞ və Fransadan olan ekspertlər qatılıblar.

Bu barədə informasiyanı Rusiya Dövlət Aviasiya Komitəsi yayıb. Birləşmiş Ərəb Əmirliyi bu tədqiqata təyyarənin operatoru, ABŞ təyyarənin istehsalçısı, Fransa isə təyyarə mühərrikinin istehsalçısı kimi qoşulacaq.

Qeyd edək ki, Bu gün "Flay Dubay" aviaşirkətinə məxsus "Boinq 737-800" təyyarəsi Rostov-Don şəhərində qəzaya düşüb və 62 nəfər həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00