Türkiyədə 6 potensial kamikazde polis tərəfindən axtarılır
19 Mart 2016 13:53 DünyaTürkiyə polisi PKK terror təşkilatının potensial intiharçı (kamikadze) ola biləcək 6 üzvünü axtarır. Virtualaz.org "Milliyet" qəzetinə istinadən məlumat verir ki, axtarılanlar Əli Heydər Keleş, Aysel Özlü, Həvva Çustan, Əmrah Ərdoğan, Taner Yeşilbaş və Mehmet Erbeydir.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə nazirinin açıqlamasında bildirilmişdi ki, güclü partlayış nəticəsində 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.
Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00