Rostovda təyyarə qəzası: həlak olanlar arasında Azərbaycan vətəndaşları da var?
19 Mart 2016 13:48 DünyaBu gün gecə saatlarında Rusiyanın Rostov şəhərində qəzaya uğrayan, Fly Dubai aviaşirkətinə məxsus təyyarədə həlak olanlar arasında Azərbaycan vətəndaşları da var.
Virtualaz.org xəbər verir ki, bu haqda Qırğızıstan XİN-in məlumatında deyilir.
Məlumata əsasən həlak olan 62 sərnişin Rusiya, Ukrayna, Azərbaycan və Hindistan vətəndaşlarından ibarətdir, habelə bir Qırğızstan vətəndaşı həlak olanlar arasındadır.
Təyyarənin qəzaya uğramasına qatı duman və görmə məsafəsinin kəskin məhdudlaşması səbəb olub. Təyyarə uçuş-enmə zolağına 100 metr qalmış yerə çırpılıb. Pilotlar və heyət üzvləri xarici vətəndaşlardır.
Təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşlarının olduğunu Fly Dubay şirkəti də təsdiq edib.
Lakin Rusiyadakı azərbaycanlı diasporundan verilən məlumatlara görə sərnişinlərin arasında Azərbaycan vətəndaşının olduğu təsdiqlənmir.
Ehtimal olunur ki, Fly Dubai şirkəti sərnişinlər arasında özbək ad və soyadlı birinə azərbaycanlı ilə qarışdırıblar.
Təyyarənin sərnişinlərinin siyahısı da açıqlanıb və siyahıda azərbaycanlı ad-soyadı daşıyana rast gəlinmir.