Aİ gələn aydan qaçqınları Türkiyəyə qaytaracaq
18 Mart 2016 19:56 DünyaYunanıstan qaçqınları aprelin 4-dən etibarən Türkiyəyə geri göndərməyə başlayacaq. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə "Reuters"-ə Brüsseldə miqrasiya probleminə dair keçirilən Aİ-Türkiyə sammitində iştirak Türkiyə nümayəndə heyətinin üzvlərindən biri deyib.
Qeyd edək ki, Aİ-yə üzv ölkələrin liderləri Türkiyə ilə əldə olunan miqrasiyaya dair sazişi dəstəkləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00