Almaniyanın Türkiyədəki diplomatik missiya və məktəbləri bağlı qalacaq
18 Mart 2016 19:29 DünyaAlmaniyanın Türkiyədəki diplomatik missiya və məktəbləri bazar günləri ərzində bağlı qalacaq. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib. O deyib ki, rəsmi Berlinin qərarına əsasən, Almaniyanın səfirliyi, baş konsulluğu qapalı qalacaq. Almaniya hökuməti diplomatik numayəndəliklərinin təhlükəsizliyinə dair məlumatın qiymətləndirilməsi üçün böhran komitəsi yaradıb. Daha əvvəl Almaniya təhlükəsizliklə bağlı təhdidlərə görə Ankara və İstanbulda diplomatik nümayəndəlikləri və məktəbləri bağlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00