Putin Krımda: "II Nikolayın planını həyata keçiririk"

Rusiya prezidenti Vladimir Putin işğal olunmuş Krımın Tuzla adasına gedib. Publika.az bildirir ki, Putin Kerç boğazı vasitəsilə nəqliyyat keçidinin inşaat meydançasına baş çəkib. Daha sonra Krım və Sevastopolun sosial-iqtisadi inkişafı məsələləri üzrə müşavirə keçirən Rusiya prezidenti Kerç boğazı vasitəsilə körpünün tikintisini "tarixi missiya" adlandırıb. Prezident xatırladıb ki, Taman və Krım yarımadalarını birləşdirəcək körpünün tikintisi ilk dəfə 1910-cu ildə II Nikolay tərəfindən planlaşdırılıb. Putin I Dünya Müharibəsinin bu planın həyata keçirilməsinə mane olduğunu bildirib.

Qeyd edək ki, Kerç boğazı vasitəsilə körpünün tikintisinə dair dövlət müqaviləsi 17 fevral 2015-ci ildə imzalanıb. Tikinti işləri 2018-ci ilin dekabrında başa çatdırılmalıdır. Körpünün 2019-cu ildə istismara verilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00