Qadın məsləhətxanaları və uşaq poliklinikalarının sayı azaldıldı
18 Mart 2016 17:40 Dünya10 il əvvəllə müqayisədə Bakı şəhəri üzrə qadın və uşaqlara müalicə-proflaktika xidməti göstərən mərkəzlərin sayında azalma qeydə alınıb. Report bildirir ki, 2014-cü ilin sonunda qadın məsləhətxanalarının, uşaq poliklinikalarının və ambulatoriyalarının sayı (müstəqil başqa müəssisələrin tərkibinə daxil olan) sayı 77 olub. 2005-ci ildə isə belə mərkəzlərin sayı 94 olub. Bu illər ərzində xidmət mərkəzlərinin sayı ən az 2012-ci ildə idi. Belə ki, həmin il məsləhətxana, uşaq poliklinikaları və ambulatoriyaların sayı 65 olub. Müalicə-profilaktika mərkəzlərində hamilə və zahı qadınlar üçün çarpayıların sayı da azlalıb. Belə ki, 2014-cü ildə bu cür mərkəzlərdə çarpayıların sayı 1 108, 2005-ci ildə isə 1 667 olub. 2012-ci ildə bu cür mərkəzlərdə çarpayıların sayə ən aşağı həddə - 962 olub. İdarənin məlumatına görə bu sayların azalması səhiyyə sahəsində islahatlar və mərkəzləşdirmənin həyata keçirilməsi ilə bağlıdır.