Terrorçular Əsədin 60 silahlısını girov götürdülər
18 Mart 2016 17:15 DünyaTerrorçu PKK-nın Suriyadakı qollarından biri "YPG"nin silahlıları ölkənin şimalındakı Kamışlı rayonunda Bəşər Əsəd rejiminə bağlı 60 əsgəri girov götürüb. Report bildirir ki, bu haqda Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb. Məlumata görə, "YPG" Bəşşar Əsəd rejiminə aid hərbçilərin olduğu binanı top atəşinə də tutub.
"Al-Jazeera" bildirib ki, terrorçular Kamışlının böyük bir hissəsinə nəzarət etsə də, rayonun qalan ərazisində isə əsədçi silahlılar yerləşib. Bundan başqa, rayondakı hava limanı da Bəşər Əsədə aid qüvvələrin nəzarəti altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00