Donald Trampa müharibə elan edildi

Məşhur haker qrupu "Anonymous" ABŞ prezidenti postuna iddiaçı respublikaçı milyarder Donald Trampa qarşı müharibə elan edib. Publika.az bildirir ki, bu barədə qrupun "YouTube" kanalında yerləşdirilmiş videoçarxında deyilir. Haker qrupu Donald Trampı seçkiqabağı kampaniyasına zərbə vurmaqla hədələyib. Həmçinin qeyd edilir ki, hakerlərin əsas hücumu aprelin 1-də olacaq. "Anonymous" xəbərdarlıq edib ki, təhdid altında Trampın rəsmi saytı və onun biznes-strukturlarının saytları olacaq. Amerikalı milyarder daha əvvəl də kiberhücumlara məruz qalıb. Hakerlərə onun şəxsi "email" poçtunu sındırmağa müvəffəq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00