Rusiyada qalmaq üçün iki dəfə soyad dəyişdi, amma yenə xeyri olmadı
18 Mart 2016 15:33 DünyaUlyanovsk miqrasiya xidmətinin əməkdaşları Rusiya ərazisinə qanunsuz gələn Azərbaycan vətəndaşını artıq ikinci dəfə deportasiya etməyə hazırlaşırlar. Rusiya KİV-i xəbər verir ki, martın 15-də Federal Miqrasiya Xidmətinin nümayəndələri Zasviyajyanın ticarət məntəqələrində yoxlama keçiriblər. Onlar burada bir ay öncə icbari şəkildə vətənə göndərilən xarici vətəndaş olduğunu üzə çıxarıblar. Miqrasiya xidməti ona 2021-ci ilə qədər Rusiyaya gəlməyi qadağan edib. "Deportasiya haqqında qərar xarici vətəndaşın narkotik vasitənin satışı üçün cəza çəkməsi ilə bağlı olub", - idarədə bildiriblər. Məlumata görə, Azərbaycanda kişi soyadını dəyişib, yeni pasport alıb və yenidən Rusiyaya gedib. Onun üstündə şəxsiyyətini təsdiqləyən sənəd olmayıb. Ancaq kələyinin üstü açılıb, hazırda onu yenidən vətənə deportasiya etməyə hazırlaşırlar.(oxu.az)